• DÜNYA

    01:55 21 may 2019

Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti dövlət başçısının andiçmədən sonra Kiyevdə ABŞ Konqresinin və administrasiyasının nümayəndələri ilə görüşünə istinadla məlumat yayıb.

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi davam etdirməsini istəyərdim”, - Zelenski belə deyib.

O, həmçinin Ukraynanın suverenliyinin bərpası və ərazisinin bütövlüyü məsələsində liderliyinə görə ABŞ tərəfinə təşəkkürünü də bildirib:

“ABŞ hər şeydən əvvəl Rusiya zorakılığının aradan qaldırılmasında Ukrayna üçün güclü və çox ciddi tərəfdaşdır. Təklikdə biz Donbassda və Krımda bu zorakılığın öhdəsindən gələ bilmərik. Buna görə də sizing köməyinizə ehtiyacımız var”, - deyə yeni prezident vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR