• DÜNYA

    12:29 20 may 2019

Zelenski: "Ukrayna itirdiyi əraziləri qaytarmağa çalışacaq"

"Ukrayna itirdiyi əraziləri qaytarmağa çalışacaq".

ONA-nın "Ria Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski andiçmə mərasimində çıxışı zamanı deyib.

Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq: "Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır".

Yeni prezident Donbasda sülhə nail olmaq üçün öz postundan gedə biləcəyini qeyd edib: "Artıq bizim qəhrəmanlarımız ölməyəcək, mən hər şeyə hazıram. Mən zəif qərarlar verməyəcəyəm və əgər lazım olarsa, öz populyarlığımı itirməyə hazıram. Əgər sülh bərpa olunarsa, mən öz postumdan getmək üçün tərəddüd etməyəcəyəm. Biz hamımız ukraynalıyıq. Böyük və ya kiçik, həqiqi və ya yanlış ukraynalı yoxdur. Biz birləşməliyik, çünki bundan sonra biz güclü ola bilərik".

Zelenski çıxışında qeyd edib ki, hər bir Ukrayna vətəndaşı ölkənin Avropa dəyərlərinə sadiq qalmasından məsuldur: "Biz Avropaya doğru yolu seçmişik, lakin Avropa haralardasa uzaqda deyil, Avropa buradadır. Avropa düşüncəsi bizim beynimizdədirsə, demək, o, Ukraynada da olacaq".

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR