• DÜNYA

    17:02 2 may 2019

Zelenski: "Ukrayna öz sərhədlərində nəzarəti ələ aldıqdan sonra Rusiya ilə “ortaq məxrəc” axtarıla bilər"

"Rusiya ilə münasibətlərdə kompromis axtarmaq o zaman mümkün olacaq ki, rəsmi Kiyev öz ölkə sərhədlərində nəzarəti ələ almış olsun".

ONA-nın məlumatına görə, bunu Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski özünün "Facebook" səhifəsində yazıb.

"Mən uzun zamandır düşünürəm ki, Rusiya və Ukraynanın ortaq olduğu nə var. Həqiqət budur ki, Krımın ilhaqından və Donbasdakı aqressiyadan sonra bizim ortaq olduğumuz yalnız bir şey qalıb – ölkə sərhəddi - 2295 km və 400 m. Rusiya Ukraynaya məxsus hər millimetr üzərindəki nəzarətini geri qaytarmalıdır. Yalnız bundan sonra biz “ortaq məxrəc” axtara bilərik” - deyə Zelenski qeyd edib.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR