Ukrayna lideri Vladimir Zelenski komandası tərəfindən Minsk razılaşmasının bütün şərtlərinin əməl ediləcəyini bildirib.
ONA xəbər verir ki, bu barədə o, “Deutsche Welle” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, özü və komanda yoldaşlarından heç kim bu razılaşmanın mətninə imza atmayıb, ancaq bununla belə, razılaşma sənədində yazılanlara əməl etmək niyyətindədir.
Zelenski bildirib ki, bu, ölkədə sülhün təminatçısıdır. O bununla yananşı, Qərbin Ukraynaya bu istiqamətdə köməklik göstərəcəyinə ümid etdiyini də dilə gətirib.