• DÜNYA

    15:09 5 may 2019

Zelenski parlamentə inauqurasiya mərasiminin 19 mayda keçirilməsini təklif edib

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski inauqurasiya mərasiminin mayın 19-da keçirilməsini təklif edib.

ONA-nın məlumatına görə, V. Zelenski bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

V. Zelenskibu tarixlə bağlı parlamentin sədri Andrey Parubiyə məktub yazdığını da qeyd edib: “Hesab edirəm ki, inauqurasiya mərasimi mayın 19-da təşkil edilməlidir. Mən parlament fraksiyasının rəhbəri ilə bu gün keçirilən görüşdə də mərasimin bu tarixdə keçirilməsində təkid etdim. Bu tarixlə bağlı Ali Radanın sədri Andrey Parubiyə də məktub yazmışam. Ümid edirəm ki, deputatlar parlamentin mayın 19-da keçiriləcək iclasında bu təklifi dəstəkləyəcəklər, çünki bizə işləmək lazımdır. Bu sıraya parlamentlə işləmək də daxildir”.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə əsasən, əgər Rada mayın 27-nə qədər yeni prezidentinin andiçmə mərasimini təyin etməsə, o halda V. Zelenski Radanı buraxa və növbədənkənar parlament seçkiləri təyin edə bilməz. Bununla bərabər, parlamentin sədri Andrey Parubiy parlamentin buraxılması üçün əsas olmadığını bəyan edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR