• DÜNYA

    18:34 31 may 2019

Zelenski: “Ukrayna Aİ və NATO-ya inteqrasiya siyasətini davam etdirəcək”

“Ukrayna Avropa İttifaqı və NATO-ya inteqrasıya siyasətini davam etdirəcək”.

ONA “Ukrİnform”a istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Valstrom və Polşanın xarici işlər naziri Yaçek Çaputoviçlə görüş zamanı Ukrayna prezidenti Vladimir Zelenski deyib.

V.Zelenski suverenliyin və ərazi bütövlüyünün qorunmasına və ukraynalı əsirlərin azad edilməsində Ukraynaya göstərdiyi dəstəyə görə Polşa və İsveçə minnətdarlığını bildirib. Prezident həmçinin vurğulayıb ki, korrupsiya, yoxsulluq və iqtisadi durğunluqla mübarizə Ukrayna üçün ikinci cəbhədir: “Hər iki cəbhədə uğur qazanmaqla, ukraynalılar arzuladıqları və layiq olduqları dövləti qura biləcəklər”.

V.Zelenskinin sözlərinə görə, Ukrayna üçün son illərin müsbət nailiyyətlərini qoruyub saxlamaq və Assosiasiyaya dair sazişi və digər sistem dəyişikliklərini sürətləndirmək çox önəmlidir.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR