• DÜNYA

    08:09 20 iyun 2020

Zərif: "Almaniya, Fransa və Britaniya Tramp və Netanyahunun əlbirləridir"

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Fransa, Almaniya və Böyük Britaniyanı ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş Naziri Benyamin Netanyahunun “əlbirləri” adlandırıb.

APA “TASS”-a istinadən xəbər verir ki, o bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“E3 (Almaniya, Fransa və Böyük Britaniya) üzünü ictimaiyyətdən qorumaq cəhdlərini dayandırmalı və İranın nüvə proqramı çərçivəsində öz öhdəliklərini belə ABŞ-ın təzyiqləri qarşısında icra edə bilməmək kimi acizliklərini açıq şəkildə etiraf etmək üçün cəsarətə sahib olmalıdırlar. Xarici görünüşdən E3 – Trampın və Netanyahunun əlbirləridir və İrana məsləhət verə biləcək vəziyyətdə deyillər”, - deyə Zərif yazıb.

Nazir öz paylaşımlarına “Straits Times” və “Atlantic” qəzetlərinin 2018 və 2019-cu illərdəki iki yazısından başlıq da qoyub.

“Avropa, deyəsən, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar qarşısında əyilir”, - başlıqlardan biri belədir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR