“ABŞ dövlət katibinin Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə İran Qızıl Aypara Cəmiyyətinə seldən əziyyət çəkən şəxslər üçün maliyyə yardımı göndərməsinə dair açıqlaması saxta xəbərdir”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
M.C.Zərif öz “Twitter” səhifəsində yazıb ki, “Beynəlxalq Qırmızı Xaç Komitəsi sədrinin dediyinə görə, İran Qızıl Aypara Cəmiyyətinə ABŞ-ın qeyri-qanuni sanksiyalarına görə heç cür maliyyə yardımı edilə bilməz”.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən gün elan edib ki, ABŞ Qırmızı Xaç və Qızıl Aypara ilə İranda seldən əziyyət çəkənlərə yardım üçün bu ölkənin Qızıl Aypara Cəmiyyətinə birbaşa yardımlar etmək üçün əməkdaşlığa hazırdır.
Süleyman Fərzəliyev