• DÜNYA

    01:29 18 mart 2019

Zimbabvedə daşqınlar nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb

Zimbabvedə tropik “İdai” cərəyanlarının səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə ölkənin dövlət telekanalı ZBC məlumat yayıb.

Bundan əvvəl 24 nəfərin öldüyü, 100-dən çox insanın itkin düşdüyü deyilirdi. Bildirilir ki, axtarış-xilasetmə işləri əsasən təbii fəlakətin ən çox ziyan vurduğu Manikaland əyalətində aparılır.

Güclü yağışlar bölgədə 5 böyük körpünü dağıdıb. Bu da həmin bölgə ilə əlaqəni çətinləşdirib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR