Azərbaycanda ağır yol qəzası: 5 nəfər ölüb - [color=red]SİYAHI[/color] - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 22:55 01 Dekabr 2019

Azərbaycanda ağır yol qəzası: 5 nəfər ölüb - SİYAHI - FOTO - VİDEO - YENİLƏNİB

Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

APA -nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

***

21:40

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR