• HADİSƏ

    21:21 13 mart 2021

15 yaşlı Goranboy sakini öz itinin hücumuna məruz qalıb

Goranboyda itdişləməsi faktı qeydə alınıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Rəhimli kəndində baş verib.

İtlə gəzintiyə çıxan 2006-cı il təvəllüdlü kənd sakini Vəliyev Nurlan Elnur oğlu gözlənilmədən öz itinin hücumuna məruz qalıb.

Hər iki ayağından və əlindən xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb. Zəruri tibbi yardım göstəriləndən sonra sakininin vəziyyəti stabilləşib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR