İmişli rayonunda dəm qazından boğulma hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində 2004-cü il təvəllüdlü Həsənov Bilal Ramazan oğlu kirayə yaşadığı evdə vanna otağında çimərkən dəm qazından boğularaq ölüb.
O, xəstəxanaya aparılsa da yolda keçinib. Azyaşlının meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.