Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ONA-nın məlumatına görə, Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində piyada üçün müəyyən edilməmiş hissədən keçən 1987-ci il təvəllüdlü Sadiqov Nail Oktay oğlunu 165 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.
N.Sadiqov hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Nurlan Əli