• HADİSƏ

    10:44 13 may 2019

Həftə sonu yol qəzalarında 9 nəfər ölüb

Həftə sonu ölkədə yol-nəqliyyat hadisələri nəticəsində 9 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən ONA-ya məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilən 46 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR