• HADİSƏ

    16:13 11 mart 2019

Qanunsuz Miqrantların Saxlanması mərkəzində monitorinq keçirilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Miqrasiya Xidmətinin Kürdəxanı qəsəbəsində yerləşən Qanunsuz Miqrantların Saxlanması mərkəzində monitorinq keçirib.

Komitə sədri Tural Hüseynov ONA-ya bildirib ki, mərkəzdə 11 Pakistan, 4 Gürcüstan, 2 İran, 2 Hindistan, 1 Özbəkistan, 1 Ukrayna, 1 Əfqanıstan, 1 Suriya və 1 Yəmən vətəndaşı olmaqla ümumilikdə 24 nəfər saxlanılır.

T.Hüseynovun sözlərinə görə, saxlanma mərkəzində şərait standartlara uyğun səviyyədədir: "Mərkəz kitabxanayla, idman otaqlarıyla, tibbi-psixoloji təminatla təchiz olunub".

Kmotə sədri həmçinin bildirib ki, biri qadın və biri kişi olmaqla iki nəfər Pakistan vətəndaşı Azərbaycana qaçqın kimi gəlib və daimi oturum almaq üçün dövlət qurumlarına müraciət ediblər. Komitə sədri əlavə edib ki, fevral ayında Qanunsuz Miqrantların Saxlanma Mərkəzində 122 nəfər olub. Bunlardan 82 nəfəri könüllü, 40 nəfəri isə məcburi saxlanılanlardır.

Qeyd edək ki, monitorinqi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və ekspert Qartal Hüseynov keçirib.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR