• HADİSƏ

    10:44 8 aprel 2019

Evlərdən 20 min manatlıq qızıl oğurlayan şəxs tutulub

Acabədidə evlərdən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan ONA-ya verilən məlumata görə, bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evlərdən qızıl-zinət əşyalarının və pulun oğurlandığı barədə məlumat verib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakini Elnur Talıbov saxlanılıb. Onun ümumilikdə 20900 manat dəyərində qızıl-zinət əşyaları və 600 ABŞ dolları oğurladığı müəyyən edilib. Oğurlanan qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR