• HADİSƏ

    03:32 23 aprel 2019

20 Yanvar dairəsində avtomobil maneəyə çırpılıb, xəsarət alan var - FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə, hadisə 20 Yanvar dairəsi yaxınlığında baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Nurlan Balakişi oğlu idarə etdiyi “Kia” markalı avtomobillə dairədə dönmə əməliyyatı edən zaman avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Sürücü N.Hüseynov xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisənin baş verdiyi əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücünün sərxoş olduğu ehtimal edilir.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR