• HADİSƏ

    12:57 27 mart 2019

20 yanvar faciəsini törədən Dmitri Yazov barəsində məhkəmə hökmü çıxarılıb

Litva məhkəməsi SSRİ-nin müdafiə naziri olmuş marşal Dmitri Yazov barəsində 10 il azaldıqdan məhrumetmə hökmü çıxarıb.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Vilnüs Dairə Məhkəməsi 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş hadisələrlə əlaqədar Dmitri Yazovun barəsində açılan cinayət işinə baxıb.

Məhkəmə SSRİ-nin keçmiş müdafiə nazirinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qiyabi hökm çıxarıb.

D. Yazov hərbi və insanlığa qarşı cinayətlərdə təqsirli bilinib.

Qeyd edək ki, 1991-ci il yanvarın 11-dən 13-nə kimi Litvanın paytaxtı Vilnüsdə sovet qoşunları Litvada müstəqillik tələb edən dinc nümayişçilərə qarşı qırğın həyata keçirib. Nəticədə 13 nəfər həlak olub, 600-ə qədər adam isə yaralanıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Dmitri Yazov 1987-ci ildən 1991-dək SSRİ-nin sonuncu müdafiə naziri olub. O, hazırda Rusiyada yaşayır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR