Bakıda gənc oğlan dəm qazından boğulub ölüb.
ONA-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.
Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Mahmudov Sərraf Gülağa oğlu qaz sızması nəticəsində dəm qazından boğulub ölüb.
Mərhumun yaxınlarının sözlərinə görə, gənc həmin vaxt evdə tək olub.
Nurlan Əli