• HADİSƏ

    23:08 9 iyun 2019

29 yaşlı Mingəçevir sakinini sahibsiz it dişləyib

Mingəçevir sakinini it dişləyib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Şəfəq küçəsində baş verib.

Sahibsiz küçə iti 1990-cı il təvəllüdlü şəhər sakini Tahirov Cavid Mehman oğluna hücum edərək ona xəsarət yetirib. İt onun hər iki ayağını dişləyib.

Xəstəxanaya aparılan yaralıya lazımi tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR