• HADİSƏ

    00:06 7 sentyabr 2019

3 saatdan artıqdır Sumqayıtda internetin verilməsində problem var

Bu saatlarda Sumqayıtda internetin verilməsində problemlər yaşanır.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin çox hissəsini internetlə təmin edən SNTV provayderinin fəaliyyətində ciddi problemlər yaranıb.

Artıq 3 saatdan çoxdur ki, şəhərin mərkəzi hissələrində, eləcə də bəzi mikrorayonlarında internetin verilməsində fasilə yaranıb. Problemin yaranmasını əsas səbəb kimi texniki qəzanın baş verdiyi göstərilir. SNTV-dən problemin aradan qaldırılması istiqamətində təmir işlərinin aparıldığı bildirilib.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR