• HADİSƏ

    13:57 6 iyun 2019

Bakıda itkin düşmüş 3 yaşlı Zəhra tapılıb - YENİLƏNİB

İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə tapılıb.

Uşağın yaxınlarının APA-ya verdiyi məlumatagörə, hazırda onun səhhəti qaydasındadır.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

***

12.55

Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.

İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.

Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR