3 yaşlı Zəhranın oğurlayan qadının kimliyi məlum olub - [color=red]YENİLƏNİB-FOTO[/color]
  • HADİSƏ

  • 16:09 06 İyun 2019

3 yaşlı Zəhranın oğurlayan qadının kimliyi məlum olub - YENİLƏNİB-FOTO

3 yaşlı Zəhranı qaçıran qadının kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır. O, Zəhra ilə birlikdə Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

***

16:04

3 yaşlı Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb.

APA-nın məlumatına görə, saxlanılan şəxs Masallı rayonundan olan qadındır.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılaraq ailəsinə verilib.

OXŞAR XƏBƏRLƏR