Şəkidə 31 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 27-dən 28-nə keçən gecə
rayonun Aşağı Daşağıl kənd sakini, 1988-ci il təvəllüdlü Vüqar Nemət oğlu
Abdurəhmanov bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarəti ilə Şəki
Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssəsindən ONA-ya bildirilib ki, müayinə zamanı V.Abdurəhmanov
qonşusu tərəfindən bıçaqlanıb. V.Abdurəhmanova sol bel və döş
nahiyələrində kəsilmiş və deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası
xəsarəti dioqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.