• HADİSƏ

    01:49 16 avqust 2019

32 yaşlı piyada qapalı kəllə-beyin travması alıb


Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, minik avtomobili 1987-ci il təvəllüdlü Sadıqov Nasir Novruz oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması, ayağın açıq sınığı diaqnozu qoyulub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR