• HADİSƏ

    01:01 7 may 2019

34 yaşlı paytaxt sakini intihar edib

Bakının Qaradağ rayonunda intihar hadisəsi baş verib.

ONA xəbər verir ki, rayonun Ələt qəsəbəsində 34 yaşlı Cahangir İsgəndərov yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri açıqlanmır.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR