• HADİSƏ

    14:27 6 may 2019

"Meydan TV"-nin bir neçə əməkdaşının ölkədən çıxışına qoyulan qadağa götürülüb

"Meydan TV"-nin bir neçə əməkdaşının ölkədən çıxışına qoyulan qadağa ləğv olunub.

Qadağası ləğv olunan yazıçı-jurnalist Rasim Qaraca ONA-ya bildirib ki, bu gün onlara bu barədə sənəd verilib: “İşə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində baxılırdı. "Meydan TV"-nin rəhbər şəxsləri barəsində başlanmış cinayət işinin tərkib hissəsində orayla əməkdaşlıq edən jurnalist kimi bizim də ölkədən çıxışımıza qadağa qoyulmuşdu. Qadağa 13-14 nəfərə şamil olunmuşdu. Artıq 4 nəfərin üzərindən qadağa götürülüb. Yaxın günlərdə o biri jurnalistlərin də işinə baxılacağı və qadağaların götürüləcəyi deyilir. Mənimlə yanaşı, Natiq Cavadlı, Səlimə Cəlilova və İzolda Ağayevanı da ölkədən çıxışına qoyulan qadağa götürülüb".

Qeyd edək ki, bir neçə gün əvvəl Aynur Elgünəşin də ölkədən çıxışına qoyulmuş qadağa götürülmüşdü.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR