• HADİSƏ

    22:42 10 avqust 2019

Şəki sakinini ilan sancıb

Şəkidə tütün yığan 46 yaşlı kişini ilan sancıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, axşam saat 20:00 radələrində rayonun Suçma kənd sakini, 1973-cü il təvəllüdlü Qabil Möhübbət oğlu Hüseynov ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, Q.Hüseynov tütün sahəsində işləyən zaman ilan qəfildən onun sağ əlin ikinci barmağından sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən Q.Hüseynova lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Q.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR