• HADİSƏ

    16:58 22 fevral 2019

Bakıda daha bir marşrut avtobusu yanıb

Bakıda Babək prospektində sərnişin avtobusu yanır.

ONA-nın xəbərinə görə, mərkəzdən üzü Günəşli qəsəbəsi istiqamətində körpüdə hərəkətdə olan 49 saylı marşrut avtobusu qəfildən alışmağa başlayıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə xətdə olan zaman nasazlıq yarandığından, istehsalat bazasına geri qayıdan avtobusda baş verib. Marşrutda sərnişin olmayıb.

Yanğının qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, bu gün səhər saatlarında Binəqədi rayonunun Xocahəsən qəsəbəsində 176 saylı daha bir marşrut avtobusunda yanğın qeydə alınıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR