• HADİSƏ

    04:04 13 aprel 2019

57 yaşlı paytaxt sakini naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda 57 yaşlı kişi bıçaqlanıb.

ONA-nın verdiyi xəbərə görə, bıçaqlanma hadisəsi Binəqədi rayonunda baş verib.

1962-ci il təvəllüdlü Qurbanov Əfqan Eynulla oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, qarın nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR