• HADİSƏ

    20:57 28 aprel 2019

61 yaşlı Lənkəran sakini çayda boğulub

Lənkəranda 61 yaşlı kişi çayda boğulub.

ONA-nın cənub bürosundan verilən məlumata görə, rayonun Boladi kənd sakini, 1958-ci il təvəllüdlü Miriyev Abdulla Qurban oğlu evinin qarşısında balıq tutmaq istəyərkən çaya düşüb. A.Miriyevi oğlu çaydan çıxarsa da, artıq gec olub.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bədbəxt hadisə ehtiyatsızlıq ucbatından baş verib.

Tural

Teqlər:

SON XƏBƏRLƏR