• HADİSƏ

    18:26 27 mart 2019

Naftalanda piyada və tank əleyhinə minalar zərərsizləşdirilib

2019-cu il 27 Mart tarixində saat 13:25-də Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsindən Agentliyə həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ONA-ya verilən məlumata görə, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülüb, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi (cəmi: 10 ədəd) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 27 mart 2019-cu il tarixlərində 68 siqnal (əməliyyat çağırışı) əsasında 60 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1,209 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 102,995 kv.m ərazi yerüstü və 7,372 kv.m ərazi yeraltı yoxlanılıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR