• HADİSƏ

    10:27 8 may 2019

ABŞ-da azərbaycanlı qətlə yetirilib

ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində yaşayan azərbaycanlı evində qətlə yetirilib.

ONA-nın “3CBS Philly” saytına istinadən verdiyi xəbərə görə, 37 yaşlı Nail Salamov öz evində iki şəxsin silahlı hücumuna məruz qalıb. Xəstəxanaya aparılan Nail Salamov orada keçinib.

Nail Salamovun 8 və 10 yaşlı uşaqları hadisə baş verən zaman evdə olsalar da evə hücum edən şəxslər uşaqlara toxunmayıb.

Xəstəxanaya aparılarkən Nail Salamovun huşu özündə olub və hadisə ilə bağlı məlumat verib.

Polis bildirib ki, onların əlində qatilləri ətraflı təsvir edən dəlillər yoxdur və onlar hadisə ilə bağlı ərazidə yaşayan vətəndaşlara kömək üçün müraciət edib.

Qətlə yetirilən şəxsin uşaqları babaları tərəfindən himayəyə götürülüb. Hadisə zamanı uşaqların babası işdə olub.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR