• HADİSƏ

    22:57 30 aprel 2020

Abşeron ərazisində avtomobilləri qarət edən şəxslər saxlanılıb - FOTO

Abşeron rayonunda avtomobillərdən oğurluq edən dəstə saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində bir neçə avtomobildən oğurluq edən dəstə üzvləri ifşa edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Fərid Heydərli, Valid Salmanov, Elxan və Babək İbadov qardaşları saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Elxan və Babək İbadov qardaşlarını bu cinayət əməlinə Fərid Heydərli və əvvəllər məhkum olunmuş Valid Salmanov təhrik edib. Onlar avtomobilləri soymaqla bərabər, Qobu qəsəbəsində bir “Mercedes” markalı avtomobili də qaçırıblar.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR