Abşeron polisi keçmiş məhkumdan avtomat silahı götürüb
  • HADİSƏ

  • 00:15 21 Aprel 2019

Abşeron polisi keçmiş məhkumdan avtomat silahı götürüb

Abşeronda silahlı şəxs saxlanılıb.

ONA-nın yerli bürosunun məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsi əməkdaşları qəsəbə ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Əməliyyat nəticəsində Bakı şəhər sakini 43 yaşlı Məmməd Mirzəyevin idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” avtomatı və 30 ədəd patron aşkar edilərək götürülüb.  M.Mirzəyev polisə ifadəsində silahı zibil atarkən sellofan torbada tapdığını bildirib.

Saxlanılan şəxs indiyədək yeddi dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Ramil Zeynallı

Sərxan Kamallı

Teqlər: Abşeron məhkum Kalaşnikov silahı

OXŞAR XƏBƏRLƏR