• HADİSƏ

    23:34 28 iyun 2019

Abşeron rayonunda ana və qızını avtomobil vurub

Xırdalan şəhərində, Bakı Mühəndislik Universitetinin yaxınlığında yol qəzası baş verib.

APA-nın xəbərinə görə, "VAZ 2107" markalı minik avtomobili 1987-ci il təvəllüdlü Baloğlanova Könül Mahmud qızı və onun övladı 2012-ci il təvəllüdlü Baloğlanova Aylin Emin qızını vurub.

Ağır xəsarət alan yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ana və azyaşlı övladı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR