Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
ONA-nın xəbərinə görə, Mehdiabad yolunda qeydə alınmış avtoqəza zamanı Əliyev Məqsəd Qiyas oğlunu minik maşını vurub.
Ağır xəsarətlər alan piyada 1 saylı Xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Fakt Abşeron polisi tərəfindən araşdırılır.