Masazır qəsəbə sakini 1 ədəd “Makarov” markalı tapançanı və 1 ədəd patron darağını polisə təqdim edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Masazır qəsəbə sakini A.Şükürov tapdığı 1 ədəd “Makarov” markalı tapançanı və 1 ədəd patron darağını könüllü olaraq Zəngilan Rayon Polis Şöbəsinə (Abşeron rayonu) təhvil verib.