Abşeron rayonunda bıçaqlanma hadisəsi olub.
APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində baş verib.
1988-ci il təvəllüdlü Şənməmmədov Mirəsəd Mirsəmid oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Onun sol döş qəfəsinə 6 bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib, cərrahi əməliyyat edilib. Vəziyyəti stabil ağır qiymətləndirilir.
Fakt Abşeron Rayon Polis İdarəsində araşdırılır.