Abşeronda xeyli miqdarda oğurluqda təqsirləndirilən Səbuhi Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən il mayın 12-də Abşeronda 20-dən çox mənzili və bir neçə avtomobili qarət edən Bakı şəhər sakini 32 yaşlı Səbuhi Mirzəyev saxlanılıb. Məlum olub ki, adıçəkilən şəxs Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən, eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq edib. Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Səbuhi Mirzəyev əvvəllərdə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb.