Abşeron rayonunda bədbəxt hadisə baş verib.
ONA-nın yerli bürosunun məlumatına görə, Abşeron rayon Hökməli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Şahbazov Mirpərviz Miryəhya oğlu laqonda ilə iş görərkən ehtiyatsızlıqdan əlini kəsib.
Yaralı xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.