Abşeronda avtomobil yük maşınının altında qalıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 04:25 26 Yanvar 2021

Abşeronda avtomobil yük maşınının altında qalıb - FOTO

Abşeron rayonu ərazisində, Saray-Novxanı yolunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə "VAZ" dairəsi kimi tanınan ərazidən Saray istiqamətinə gedən yolda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb. Avtomobil qoşqunun təkərləri altında qalıb. Avtoqəza nəticəsində avtomobildə olan sürücü və sərnişin ağır xəsarət alıb.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR