Martın 8-də saat 1 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Qobu qəsəbə sakini İ.Ocaqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini H.Məmmədovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.