Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Əliçıraq yaşayış massivində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Rüstəmov Murad Ələmşah oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.