Abşeron rayonunda meyit tapılıb.
Apa xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.
Belə ki, qəsəbə ərazisində 1996-cı il təvəllüdlü Aqopov Vadim Viktoroviçin meyiti aşkar olunub. Meyitin üzərində hər hansı bir zoraılıq əlaməti yoxdur. V.Aqopovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.