• HADİSƏ

    14:41 15 aprel 2019

Abşeronda iki avtomobil toqquşub, ölən var

Abşeron rayonunun Qobu qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 15 radələrində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi “VAZ-2107” və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR