• HADİSƏ

    18:39 16 aprel 2019

Abşeronda iki avtomobil toqquşub, xəsarət alanlar var

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Ceyranbatan qəsəbəsində iki avtomobil toqquşub. Qəza nəticəsində 1971-ci il təvəllüdlü Ələkbərov Vüqar Abuzər oğlu və 1998-ci il təvəllüdlü Mehdiyev Ruslan Babək oğlu xəsarət alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR