Abşeronda iki avtomobil toqquşub, xəsarət alanlar var - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 01:56 10 Aprel 2021

Abşeronda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Abşeron rayonu, Masazır dairəsində işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.

APA xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil eyni markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sonuncu avtomobildə olan sərnişinlər - ana və övladı ağır xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR