• HADİSƏ

    10:20 2 may 2019

Abşeronda iki nəfəri maşın vurub, biri ölüb

Bakı-Quba yolunun yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Abşeron rayonu Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 2 nəfəri "VAZ-2106" markalı avtomobil vurub. Nəticədə ağır bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Əliyev Nahid Natiq oğlu hadisə yerində dünyasını dəyişib. Digər piyada, 1999-cu il təvəllüdlü Cəfərzadə Elşən Şahlar oğlu isə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR