• HADİSƏ

    17:34 2 mart 2019

Abşeronda marşrut avtobusu qəza törədib - FOTO

Abşeronda sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib.

ONA-nın məlumatına görə, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb. 147 saylı marşrut avtobusu "Azsamand" makalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən "Azsamand" qarşısındakı "Mercedes"ə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR